Azərbaycan
paxlalı bazarının lider markalarından olan “Richmond” ilə müxtəlif məhsul
qrupları üzrə 20
ildən artıq müddətdir ki, uğurla xidmət edirik.
Məhsul çeşidlərimizə düyü, qarabaşaq, mərci, buğda yarması, lobya və noxud kimi müxtəlif paxlalılar
daxildir. Məhsullarımızın hər biri təbii və qatqısız üsullarla istehsal olunur, diqqətlə qablaşdırılır.
Əlavə olaraq son 3 ildir ki, “Richmond” makaron sektorunda da müştərilərinə müxtəlif məhsul çeşidləri
təqdim etməkdədir.
Paxlalılar yüksək protein və lif tərkibi ilə zəngin olduğu üçün müştərilərimizə təkcə dadlı
məhsul deyil, həm də sağlam həyat təklif etməyi hədəfləyirik. Sağlam həyat üçün yola çıxan
“Richmond” zəngin məhsulları ilə hər kəsin süfrəsini bəzəyir. Beləcə, təbiətdən süfrənizə ən
keyfiyyətli məhsulları bir araya gətirərək dadlı alternativləri təklif edirik.
Müştəri məmnuniyyəti isə əsas prioritetlərimizdəndir. Buna görə də müştərilərimizdən gələn
rəyləri nəzərə alaraq məhsullarımızı daim təkmilləşdiririk.
“Richmond” olaraq biz həm ailəniz, həm də sevdikləriniz üçün ən yaxşı ləzzətləri təklif etmək
üçün daima xidmətinizdəyik.
Missiya
Təbii məhsulları təklif etməklə, insanların sağlam həyat tərzini dəstəkləməyi hədəfləyirik. Keyfiyyət və davamlılıq prinsipimizlə ən yaxşı məhsulları istehlakçılarımıza çatdırmağı hədəfləyirik.