Azərbaycan paxlalı bazarının lider markalarından olan Richmond markası ilə müxtəlif məhsul qrupları üzrə 20 ildən artıq müddətdir ki, uğurla xidmət edirik.
Məhsul çeşidimizə düyü, qarabaşaq, mərcimək, buğda yarması, lobya və noxud kimi müxtəlif paxlalılar daxildir. Məhsullarımızın hər biri təbii və qatqısız üsullarla istehsal olunur və diqqətlə qablaşdırılır. Əlavə olaraq son 3 ildir ki, Richmond markası makaron sektorunda da müştərilərinə makaron məhsul çeşidləri təqdim etməkdədir.
Paxlalılar yüksək protein və lif tərkibi ilə zəngin olduğu üçün, müştərilərimizə təkcə dad deyil, həm də sağlam həyat təklif etməyi hədəfləyirik.
Sağlam həyat üçün yola çıxan Richmond zəngin seçimli məhsulları ilə süfrələrinizi bəzəyir. Təbiətdən süfrənizə ən keyfiyyətli məhsulları bir araya gətirərək dadlı alternativləri təklif edirik.
Müştəri məmnuniyyətini prioritetimiz kimi müəyyənləşdiririk. Müştərilərimizdən gələn rəyləri nəzərə alaraq biz məhsullarımızı daim təkmilləşdiririk.
Richmond olaraq biz həm ailəniz, həm də sevdikləriniz üçün ən yaxşı ləzzətləri təklif etmək üçün xidmət edirik.