Haqqımızda

Azərbaycan paxlalı bazarının lider markalarından olan “Richmond” ilə müxtəlif məhsul qrupları üzrə 20 ildən artıq müddətdir ki, uğurla xidmət edirik.

Məhsul çeşidlərimizə düyü, qarabaşaq, mərci, buğda yarması, lobya və noxud kimi müxtəlif paxlalılar daxildir. Məhsullarımızın hər biri təbii və qatqısız üsullarla istehsal olunur, diqqətlə qablaşdırılır. Əlavə olaraq son 3 ildir ki, “Richmond” makaron sektorunda da müştərilərinə müxtəlif məhsul çeşidləri təqdim etməkdədir.

Paxlalılar yüksək protein və lif tərkibi ilə zəngin olduğu üçün müştərilərimizə təkcə dadlı məhsul deyil, həm də sağlam həyat təklif etməyi hədəfləyirik. Sağlam həyat üçün yola çıxan “Richmond” zəngin məhsulları ilə hər kəsin süfrəsini bəzəyir. Beləcə, təbiətdən süfrənizə ən keyfiyyətli məhsulları bir araya gətirərək dadlı alternativləri təklif edirik.

Müştəri məmnuniyyəti isə əsas prioritetlərimizdəndir. Buna görə də müştərilərimizdən gələn rəyləri nəzərə alaraq məhsullarımızı daim təkmilləşdiririk.  

“Richmond” olaraq biz həm ailəniz, həm də sevdikləriniz üçün ən yaxşı ləzzətləri təklif etmək üçün daima xidmətinizdəyik.

Missiya

Təbii məhsulları təklif etməklə, insanların sağlam həyat tərzini dəstəkləməyi hədəfləyirik. Keyfiyyət və davamlılıq prinsipimizlə ən yaxşı məhsulları istehlakçılarımıza çatdırmağı hədəfləyirik.

Missiya

Təbii məhsulları təklif etməklə, insanların sağlam həyat tərzini dəstəkləməyi hədəfləyirik. Keyfiyyət və davamlılıq prinsipimizlə ən yaxşı məhsulları istehlakçılarımıza çatdırmağı hədəfləyirik.